Seçkidə Türkiyə xalqı qazansın...

29-05-2023, 00:07           
Seçkidə Türkiyə xalqı qazansın...
Günün sonunda Türkiyə prezidentinin kim olacağı bəlli olacaq: Ərdoğan, yoxsa Kılıçdaroğlu;
Qərarı Türkiyə xalqı verəcək. Nəticələr Azərbaycana və bütün bölgəyə təsir edəcəyi üçün günün sonunda qalibin kim olacağı bizim üçün də maraqlıdır. Mən Ərdoğandan yanayam, təkcə Kılıçdaroğlunun məlum “həyatımın layihəsi” dediyi “Türk yolu”ndan Azərbaycanı kənarlaşdırması belə düşünmək üçün yetərlidir. CHP lideri “BabalaTv”də bununla bağlı suala verdiyi cavab da “hər şey deyib, heç nə deməmək” idi.
Başqa səbəblər də var, I turdan öncə bu haqda yazmışdıq. 14 may seçkilərinin nəticələrindən sonra daha bir səbəb ortaya çıxdı. Parlament seçkilərini Cümhur ittifaqı qazanıb, bu gün prezident seçkilərini Millət ittifaqı – Kılıçdaroğlu qazanarsa, qarşıdakı dövrdə Türkiyə daxilində siyasi böhran qaçılmaz olacaq. Bu da Türkiyənin regional siyasətinə, bölgədəki mövqelərinə və təbii ki, Azərbaycanın da maraqlarına mənfi təsir edə bilər.
Asif Nerimanli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.