«Gülən camaatı»na növbəti ağır zərbə

17-05-2015, 21:59           
«Gülən camaatı»na növbəti ağır zərbə
Prokurorluq «Gülən camaatı»na məxsus media orqanlarına qadağa qoyulmasını tələb edir

Ankara Cümhuriyyət Baş Prokurorluğu «Gülən camaatı»na məxsus media qurumlarının – qəzet, televiziya, radio, internet saytlarının dövlətin bütün imkanlarından məhrum edilməsini tələb edir. Prokurorluğun Konstitusion quruluşa qarşı cinayətləri araşdırma şöbəsi bununla bağlı Türkiyənin Çatdırılma və Xəbərləşmə Nazirliyinə müraciət edib. Qeyd edək ki, bir müddət əvvəl «Gülən camaatı» terror təşkilatı elan edilmişdi. Prokurorluq hesab edir ki, terror təşkilatına məxsus bütün media orqanlarının fəaliyyəti məhdudlaşdırılmalıdır: «Paralel quruluşa aid telekanallar, radiolar, internet saytları - yazılı və elektron KİV-lər dövlətin imakanlarından istifadə edirlər. Məsələn, sözügedən telekanallar dövlətə məxsus peyk üzərindən yayım həyata keçirirlər. Dövlət bunun qarşısını almalıdır». Nazirlikdən müraciətə hələ ki cavab gəlməyib.
«Gülən camaatına» məxsus media orqanları bunlardır – « Zaman», «Today's Zaman» qəzetləri, «Samanyolu TV», «Samanyolu Haber TV», «Mehtap TV», «Ebru TV», «Yumurcak TV» telekanalları, «Aksiyon Haber Ajans», «Cihan Haber Ajansı» informasiya agentlikləri, «Samanyoluhaber.com» saytı, «Burç Fm», «Dünya Radyo», «Samanyolu Haber» radioları(azadliq.info).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru