Ərdoğan kimləri nazir təyin edəcək? - Adlar açıqlandı

3-06-2023, 19:13           
Ərdoğan kimləri nazir təyin edəcək? - Adlar açıqlandı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün andiçmə mərasimindən sonra Nazirlər Kabinetinin yeni tərkibini açıqlayacaq.
Bəs, yeni kabinetdə kimlərin yer alacağı gözlənilir?
Türkiyə KİV-ləri xəbər verir ki, Xarici İşlər Nazirliyinə Mlli Kəşfiyyat İdarəsinin rəhbəri Hakan Fidan, Daxili İşlər Nazirliyinə İstanbul valisi Əli Yerlikaya, Gənclər və İdman Nazirliyinə Osman Aşkın Bakın təyin olunacağı gözlənilir.
Maliyyə naziri postuna Mehmet Şimşək, Milli Müdafiə naziri postuna Yaşar Gülər, Ətraf Mühit və Şəhərsalma naziri vəzifəsinə isə Uğur İbrahim Altayın təyin olunacağı gözlənilir.
Məlumatlara görə, yeni kabinetdə Fahrettin Koca yenə də Səhiyyə naziri kimi vəzifəsinə davam edəcək. Mədəniyyət və Turizm naziri Mehmet Ersoyun da postunu tərk etməyəcəyi deyilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.