Türkiyədən yenə qara xəbər: 8 şəhid

1-07-2016, 11:36           

Türkiyə bu səhəri yenə qara xəbərlə açıb.

Milli.Az "Ahaber"ə istinadən xəbər verir ki, terrorçular tərəfindən Hakkari-Çukurca magistral yoluna quraşdırılan bombanın partladılması nəticəsində 4 əsgər şəhid olub.

Mardinin Derik mahalında yaralı olaraq xəstəxanada müalicə alan 2 əsgərin həyatı xilas edilə bilməyib.

Bitlisdə isə PKK-lı terrorçularla silahlı atışma nəticəsində 2 əsgər şəhid olub, 6 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, sözügedən ərazilərdə antiterror əməliyyatları davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru