Ərdoğan terror aktına görə bu ölkələri ittiham etdi — Azərbaycanla Rusiyanın adı çəkilmədi

5-07-2016, 14:03           

Ərdoğan terror aktına aidiyyəti olanlardan danışdı.

Ölkə.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Atatürk aeroportunda baş verən terror aktında Dağıstan, Qırğızıstan və Tacikistan vətəndaşlarının iştirak etdiyini bildirib.

“Bu insanlar vasitəsilə mühüm və konkret nəticələrə gəlmək olar. Gördüyünüz kimi, bu Dağıstan, Qırğızıstan, Tacikistan vətəndaşlarıdır. Təəssüf ki, bu qonşu və yaxın ölkələrdir”, - o bəyan edib.

Türkiyə prezidenti terrorçular arasında çeçen əsilli Rusiya vətəndaşlarının və azərbaycanlı Elçin Bünyadovun olmasına baxmayaraq Rusiya ilə Azərbaycanın adını hallandırmayıb.

İstanbulun Atatürk hava limanında törədilən terror aktı ilə bağlı artıq 30 nəfər saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru