Ərdoğan: '3 bəla ilə qarşı-qarşıyayıq'

6-07-2016, 09:44           
Ərdoğan: '3 bəla ilə qarşı-qarşıyayıq'
3 bəla ilə qarşı-qarşıyayıq. Məzhəçilik, irqçilik və terror.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ramazan bayramı münasibətilə çıxışında deyib.

“Atatürk Hava Limanı, İraq və Səudiyyə Ərəbistanında baş verən terror aktları hər birimizi dərindən sarsıtdı. İŞİD adlanan terror qruplaşması müsəlmanların qəlbinə saplanmış bir xəncərdir. 3 bəla ilə qarşı-qarşıyayıq. İrqçilik, məzhəbçilik və terror. Bəziləri bunu fərqli mənalarda yoza bilərlər. Onlar (HDP) kürd qardaşlarımızın səslərini ala biləcəklərini düşünürlər. Biz bu ölkədə əsla irqçilik nümayiş etdirmədik. Bizim dinimizdə məzhəbçilik- sünni və şiəlik deyə bir anlam yoxdur. İslam bizim dinimizdir”, - Ərdoğan bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru