Rus və Çin kəşfiyyatından İstanbul terroru ilə bağlı maraqlı iddia:“Bu hadisə İŞİD-ə yox, ancaq kürdlərə əl verir..." – Təhlil
6-07-2016, 10:11

Yevgeni Satanovski
vpk.ru, 05.07.2016
Beynəlxalq Aviasiya yolları sistemində son bir neçə onillikdə ən ciddi çağırış olan İstanbul aeroportundakı terakt dünyanın bütün ekspertlərinin diqqətini Türkiyə ərazisində terror təhlükəsilə bağlı duruma cəlb etdi.
KİV və siyasətçilər uzun illər ərzində beynəlxalq terrorizmə qarşı mübarizə ilə bağlı əsasən Liviya, İraq və Suriyadakı durumu yada salırdılar. Bununla belə cəbhəyanı dövlətə çevrilmiş Türkiyədə terror təhlükəsi hələlik əndazəsiz həddə çatmayıb, lakin istisna olunmur ki, betəri hələ qabaqdadır.
Türkiyə ilə İsrail, Misir və Rusiya arasındakı münasibətlərdə böhranın aradan qadırılmasına istinad durumun sabitləşdirilməsi amili kimi inandırıcı deyil. Ankara ilə Yerusəlim arasında normallaşma hələlik praktik xarakterdənsə, deklorativ səciyyə daşıyır. Bu, Moskva ilə uğurlu, lakin çətin ki Türkiyə ilə Rusiya arasındaki münasibətləri böhranöncəsi inam səviyyəsinə qaytarmağa qabil olan dialoqa da aiddir.
Qahirəyə gəlincə, Ərdoğanla prezident Sisinin barışığı haqda hələlik söhbət də getmir. Türkiyənin təhlükəsizliyinə təhdidlərə və onun üçün daha təhlükəli kürd istiqamətinə toxunan bu məqalə Yaxın Şərq inistitutu ekspertlərinin hazırladığı materiallara əsaslanır.
Daxili döyüş meydanı
Terrorizmlə mübarizə üzrə çinli mütəxəssislər türk və Qərb analitiklərinin iyunun 28-də Mustafa Kamal Atatürk adına İstanbul aeroportunun beynəlxalq terminalında baş vermiş və 44 nəfərin həlak olduğu, 239 nəfərin yaralandığı terakta reakiyasını diqqətlə müşahidə edirlər.
ÇXR İctimai Təhlükəsizlik Nazirliyinin (İTN) 27-ci idarəsinin zabitləri hesab edirlər ki, islamçılar Brüssel aeroportunda istifadə edilən sxemə uyğun sxemi tətbiq ediblər. Yəni Türkiyənin güc strukturları təcrübədən heç bir nəticə çıxartmayıblar.
Baş nazir Binəli Yıldırımın sözlərinə görə, bu teraktı İŞİD-in döyüşçüləri həyata keçirib. Bu, İTN ekspertlərində ciddi və arqumentləşdirilmiş şübhələr doğurur.
Türk analitikləri qeyd edirlər ki, terror aktı dövlətlərarası münasibətlərin təzələnməsi haqda Ankara ilə Yerusəlim arasında sazişin imzalanmasından dərhal sonra baş verib. Onların baxışınca, islamçılar Türkiyənin əsas nəqliyyat qovşaqlarından birinin dişbatanlığını nümayiş etdirməyi və ölkə iqtisadiyyatının turizm sektoruna təsir etməyi planlaşdırmışdırlar.
Bununla belə, terror təhlükəsinin miqyasları İstanbul aeroportu ilə məhdudlaşmır – son bir neçə ildə bu meqapolisdən başqa əyalət şəhərləri və paytaxt da hücuma məruz qalıb.
Teraktın qurbanları xarici turistlər və türklər – mülki şəxslər və güc strukturlarının təmsilçiləri olub. Statistika ölkə hökümətinin 2016-cı ildə açıq şəkildə gərəyincə qitmətləndirmədiyi terrorçu təhlükənin son dərəcə yüksək səviyyəsi ilə yanaşı (o cümlədən Suriya üzərində nəzarət uğrunda mübarizə aparan “Cəbhət ən-Nusra”, “Əhrar əş-Şam” və İŞİD kimi radikal strukturlarla əlaqələri üzündən) sonuncular arasında itki səviyyəsinin yüksəldiyini göstərir.
Terrorçu aktların əksəriyyətində islamçıların zərbə obyekti hüquq-mühafizə orqanlarının əməkdaşları və yaxud Türkiyə SQ-nin hərbiçiləri olur. Terrorçular, bir qayda olaraq, minalanmış avtomobil və yaxud mobil telefonun zəngi ilə işə salınan maskalanmış partladıcı qurğulardan istifadə edirlər.
Keçən mayda terrorçuluq fəallığının intensivləşməsini qeyd etmək lazım gəlir. Bu, islamçıların apreilin 25-də Qaziantəpdə 8 silahlının həbsinə cavab reaksiyasıdır. İŞİD döyüşçüləri 18 yanvardan 27 aprelədək Kilis əyalətində Türkiyə yaşayış məntəqələrinə RSZO-dan 45 mərmi buraxdılar və dinc əhali arasında qurbanlara səbəb oldu: 17 ölü, 60 yaralı.
ÇXR Xalq Silahlı Polisi Komanda İnistitutunun professorlarının fikrincə, rəsmi Ankara terrorçu təhlükə ilə mübarizədə sıradakı qəliz məqamlarla üzləşir:
Birincisi, Rəcəb Tayyib Ərdoğan Suriya yataqlarından ucuz qiymətə Türkiyəyə mübtəzəm şəkildə neft tədarük edən İŞİD qruplaşması ilə iqtisadi əlaqələrin qaydaya salınmasına şərait yaratdı ki, bu da həm Avropa Birliyi, həm də Rusiya ilə münasibətlərin kəskinləşdiyi durumda ölkə iqtisadiyyatını dəstəkləməyə imkan verdi.
Bundan başqa, Türkiyə höküməti kürd terroçuları ilə mübarizədə islamçılardan istifadəyə cəhd edir. ÇXR xüsusi xidmətlərinin məlumatına görə, İŞİD-in ən böyük məşq mərkəzlərindən biri birbaşa “İncirlik” aviabazasının yaxınlığında yerləşir. Orada minlərlə islamçı hazırlıq keçib.
İkincisi, Türkiyə hərbi-siyasi rəhbərliyi həm ABŞ, həm də Rusiya tərəfdən ciddi basqı altındadır (lakin başqa-başqa səbəblər üzündən). Hər iki dövlət rəsmi Ankaraya müxalif olan Suriya kürdlərinə dəstək verir (silah tədarükü edir).
Qeyd edilməlidir ki, Türkiyə, Suriya və İraq ərazisində fəaliyyət göstərən kürd hərəkat və təşkilatları tədricən qarşılıqlı fəaliyyəti artırır.
Əks-ünvansız xəbərdarlıq
Çin analitikləri göstərirlər ki, Türkiyə SQ kürd təşkilatları ilə qarşıdurmada NATO üzrə müttəfiqlərindən dəstək almır. Bundan başqa, Şimali Atlantika Alyansı sərhədyanı bölgələrə məhdud hərbi kontingentlər göndərmək niyyətini bəyənmir, çünki bu, yerli əlahi arasında etiraz əhval-ruhiyyəsini gücləndirir və Türkiyə SQ bölmələrinin itkilərini çoxaldır.
Yuxarıda göstərilənlər nəzərə alınmaqla ÇXR hərbi kəşfiyyatı təmsilçilərinin qənaəti ilə razılaşmaq mümkündür ki, Türkiyə SQ-nin hərbi müşavirləri və xüsusi bölmələrinin türkmən qruplaşması adı ilə göndərilməyi Suriya prezidenti Bəşər Əsədin rejimini devirməkdə rəsmi Ankaraya kömək etmədi. Ərdoğan strategiyasının bu cür iflası Türkiyə daxilində terroçuluq təhlükəsi ilə mübarizə məsələsini kəskinləşdirdi. Ölkənin hərbi-siyasi rəhbərliyi, faktiki olaraq, Yeni Osmanlı imperiyasının bərpası xatirinə terrorçuluq təhlükəsilə mübarizəni güdaza verdi.
İstanbul aeroportundakı terakta qayıdaraq Binəli Yıldırımın “aeroportda təhlükəsizlik tədbirləri baxımından səhlənkarlıq olmayıb” sözlərini qeyd etməmək olmur. Əgər “təhlükəsizlik xidmətinin düzgün fəaliyyəti müqabilində 50 nəfər həlak olubsa”, “yanlış fəaliyyət” zamanı qurban nə qədər olardı? Həm də bütün dünya təcrübəsi şahidlik edir ki, İstanbul aeroportundakı təhlükəsizlik səviyyəsi xüsusui xidmətlərin ən yeni çalışmalarına uyğun deyil.
Ədalət xatirinə deyilməlidir ki, aeroport istənilən halda qala deyil və bu cür obyektə sərnişinlərin açıq silahlı hücümdan yüz faizlik müdafiəsini təmin etmək mümkünsüzdür.
Türkiyəli məmurların İŞİD-in bu terakta dəxli barədə birmənalı açıqlamalarını özünü İŞİD-lə mübariz kimi göstərməyə çalışan Ankaranın xarici siyasət tendensiyalarına hədiyyə kimi nəzərdən keçirmək lazımdır. Ankara əvvəlki səs-küylü teraktları eyni zirəkliklə istisnasız olaraq kürd yaraqlılarının ayağına yazıb. Həm də türk hökümətini bu fakt pərt etmirdi ki, terroçular kürdyönlü mitinqlərə təxribat edirdilər.
İŞİD-in bu insidentə dəxli barədə bəyanatları bu qruplaşmanın keçmişdəki terroçuluq təzahürləri kontekstində nəzərdən keçirmək lazımdır. Aeoroportdakı partlayışa gəlincə, heç kim məsuliyyəti öz üzərinə götürməyib ki, bu da İŞİD üçün olduqca qeyri-tipikdir. Bu qruplaşma istənilən, hətta həyata keçirmədiyi terror hadisəsini də həvəslə öz ayağına yazır. İŞİD Türkiyədə isə heç bir terakta görə məsuliyyəti öz üzərinə götürməyib. Hətta kamikadzelərin cəsədləri tanınmadan və qruplaşmanın özündən bu mövzuda rəsmi açıqlama gözləmədən bu hadisədə teraktları İŞİD tərəfdarlarının həyata keçirdiyi haqda bəyanat vermək qeyri-professionallıqdır.
Sual yaranır: bu, İŞİD-in nəyinə lazım idi? Bu qruplaşma Türkiyə ərazisindən arxa baza kimi istifadəni davam etdirir. Könüllü islamçıların əsas axını və maddi-texniki təchizat onun ərazisindən gedir.
İŞİD-in əsas sponsoru Doha ilə Ankaranın münasibətləri əvvəlki kimi möhkəmdir. Ən azı, bu alyansı təhdid edən heç bir siqnal eşidilmir. Bu cür teraktın təşkili, prinsipcə, bu iki tərəfdaş arasında təkcə münasibətlərin kəskinləşməsindən deyil, ciddi böhrandan xəbər verməli idi. İstanbul teraktı yerli hökümətə təsir üzrə Sinay üzərində Rusiya təyyarəsinin partladılması ilə eynidir – Yaxın Şərqdə, adətən, bu qayda ilə bu və ya digər ölkəyə səhv hərəkətləri haqda xəbərdarlıq edirlər.
Əgər Qərbdəki bəzi KİV-lərin yazdığı kimi, vurulmuş təyyarəyə görə Ərdoğanın Rusiya prezidenti Vladimir Putinə “üzrxahlıq” məktubu teraktın ilkin səbəbi kimi nəzərə alınsa onda, birincisi, bu, olduqca operativ şəkildə işlənməli idi, ikincisi, bu məktubdan praktik işə qədər çox uzun məsafə var.
Bu terror kimə daha çox sərfəlidir?
Diqqət yetirək ki, İŞİD tərəfdarları Türkiyədə heç vaxt hökümət obyektlərinə və iqtisadiyyatın açar sektorlarına qarşı terakt etməyiblər. Onlar həmişə istisnasız olaraq qorxutmaq məqsədilə Ərdoğanın opponentlərinə qarşı hərəkət ediblər. İstanbul aeroportundakı teraktda isə onsuz da çətin dövrlər yaşayan turizm sektoruna hücum görürük. Kürdlərin əvəzinə İŞİD haqda qınaq indiki halda simvolikdir – Türkiyə prezidenti altdan-altdan kürdlərlə barışığa qayıtmağı qət edib. Hətta keçmiş baş nazir Əhməd Davudoğlu və MİT kəşfiyyat xidmətinin direktoru Hakan Fidanın simasında PKK ilə dialoqun təzələnməsinin iki əsas tərəfdarının “yandırılması” indiki halda heç nəyi dəyişmir. Onlar arasındakı əsas fikir ayrılığı bu addımın gərəksizliyi ilə deyil, bu barışığın əldə edilə biləcəyi müddətlə bağlı idi. Hökümətin rəsmi press-relizlərində İŞİD-in xatırladılmasının özü ictimai rəyin türk ordusunun Suriyanın şimalına mümkün məhdud müdaxiləsinə hazırlanmasından xəbər verə bilər.
Rusiya ilə barışıq da, bu ssenarinin gerçəkləşəcəyi halda, Rusiya HKQ ilə birbaşa qarşıdurmadan yayınmaq üçün bu planın tərkib hissəsidir. Xüsusən də amerikalılar bu cür rəyin tərəfdarıdırlar. Lakin informasiya fonu yaratmaq və öz hərbiçilərinin aşkar və ya gizli əks-fəaliyyəti müqabilində müdaxilə əməliyyatı keçirmək eyni şey deyil. Aeoroporta hücum edənlər turistlərə qolaylandılar.
Ciddi şəkildə deyilsə, bu, indi ancaq kürdlərə əl verir.
Bu da istisna deyil ki, hadisənin arxasında Dəməşqin bölgədə əsas əleyhdarı olan ölkədən sabitsizləşmənin lazımi “qradus”u üzərində fəal şəkildə işləyən Suriya xüsusi xidmətləri dura bilər.
Məsələn, təxminən, bir ay əvvəl Qamışlıda Suriya xüsusi xidmətlərinin fəal, lakin gizli yardımı ilə kürdlər tərəfindən Türkiyənin özündə təkcə “Kürdüstan şahinləri” tipli dəstələri deyil, həm də maoçu və solçu qrupları birləşdirəsi və əlaqələndirəsi yeni təşkilat yaradılıb. Dövləti və hərbi obyektlərə, həmçinin ölkənin nəqliyyat infrastrukturuna hücumlar məqsəd kimi elan edilib.
Yeri gəlmişkən, Türkiyə “solçuları” da İŞİD tərəfdarları kimi kamikadzelərdən həvəslə istifadə edirlər. Ona görə də hələlik İstanbul aeroportundakı terakta nisbətdə az şeylər İŞİD-ə, çox məsələlər başqalarına işarə edir. Sifarişçi və icraçılara nisbətdə, hansısa nəticələr çıxarmaq, ən azı, tezdir.
"İlisu" bəndi
Yuxarıda deyilənlərin hamısı ilə bağlı Türkiyədə “kürd məsləsi”nin gerçək vəziyyətinə diqqət yetirməyin mənası var. Məsələ bundadır ki, ölkənin güney-şərqində PKK tərəfdarlarına qarşı əməliyyatın hərbi mərhələsinin “uğurla başa çatdırılması” haqda hakimiyyətin bütün inandırmalarına baxmayaraq, kürdlərin yüksək terrorçuluq fəallığının bununla başa çatacağına az inanmaq olur.
Türk qoşunları bir neçə aylıq döyüşlərdən sonra kürdlərin müqavimətinin şəhər ocaqlarını xarabazarlığa çevirib, yaşayış məntəqələrini təmizləməyə nail oldu, lakin PKK-nın dağ bazaları fəaliyyətini davam etdirir. Bu, İraq, Suriya və İrandakı arxa bazalara da aiddir. Kürdlər Suriyanın Məncib bölgəsində Amerikanın dəstəyindən istifadə edirlər ki, bu da Türkiyədəki PKK dəstələrinin maddi-texniki təchizatı üzrə logistik imkanları kəskin şəkildə gücləndirir.
Ankara bununla bağlı dağıdılmış bölgənin iqtisadi dirçəlişi planları haqqında məlumat verib. Kürd separatizmi ideyası dövlətçiliyi nəzərdə tutur. Türkiyə höküməti isə ən yaxın vaxtlarda infrastrukturun yeni obyektlərinin inşası üzrə səyləri fəallaşdırmaq və hər şeydən əvvəl İlisu bəndinin inşasını başa çatdırmaq niyyətindədir.
İraq və Suriyada yaşayışın asılı olduğu əsas su arteriyaları Türkiyə kürdlərinin yaşadığı ərazilərdən – Van gölünün yaxınlığındakı dağlıq rayonlardan qaynaqlanan Dəclə və Fərat çaylarıdır. Fəratın su dövriyyəsinin 90, Dəclənin su dövriyyəsinin 44%-i Türkiyə ərazisindən keçir ki, bu da kürd bölgələrində su ehtiyatlarının idarəsi və Suriya və İraqdakı duruma təsir göstərmək baxımından su bəndlərinin inşasını perspektiv edir.
Bu, ötən əsrdə ilk su bəndi tikilərkən türk höküməti tərəfindən 60-cı illərdə fəal şəkildə istifadə edilib. Hazırda onların sayı 600-dən çoxdur, ən böyüyü "Qaraqaya" (1988) və "Atatürk" (1992) su bəndləridir. "İlisu" bəndi güney-qərbi Anadolunun iqtisadi inkişaf proqramında növbəti mərhələ olmalıdır və ən mübahisəlisidir. Söhbət inşaat nəticəsində 89%-i su altında qalacaq qədim Həsənkeyf şəhərindən gedir. Bu məqam Ankaranı UNESCO və kürd müqavimət qrupları ilə üz-üzə gətirib.
Türkiyə hökümətinin fikrincə, su bəndinin inşası energetik və irriqasiya faydasından başqa, PKK dəstələrinin Türkiyənin dağlıq şərq rayonlarında, o cümlədən İraq Kürdüstanı ilə sərhəddə yerdəyişmə sərbəstliyini də məhdudlaşdırmalıdır. Kürd bölgəsini 2 yerə – şimal və cənuba bölmək planlaşdırılır. Bunun üçün Hakkari və Şirnak bölgələrində bir neçə kiçik su bəndi tikmək nəzərdə tutulur. Lakin bütün bunlar hələlik layihədir və pis investisiya iqlimi tərəfindən önlənir.
Ekspertlər PKK-nın bu istiqamətdə terrorçuluq fəaliyyətinin davamını və ola bilsin, fəallaşmasını gözləyirlər. Silahlılar 2012-ci ildə inşaatçılar dəstəsini ələ keçirib və 22 yük maşınını yandırıblar. 2014-cü ildə 2 xarici şirkətin – "İlisu" bəndinin inşası layihəsinin həmicraçılarının oğurlanması inşaatın 4 ay ləngiməsinə səbəb olub. Yaraqlılar inşaat meydançasına gələn yolları müntəzəm şəkildə minalayırlar ki, bu da Türkiyə hökümətini inşaatçıları müşayiət etmək üçün tank və zirehli texnikadan istifadə etməyə məcbur edir. PKK rəhbərliyi 2015-ci ilin iyulunda Türkiyənin energetika və hidrotexniki infrastrukturu üzrə bundan sonra da zərbə yendirməyə hazır olduğunu bildirib…
Tərcümə Strateq.az-ındır.