Miqrantları dövlətə satan agent ifşa olunub – TÜRKİYƏ

6-07-2016, 23:45           

Türkiyənin xüsusi xidmət orqanları İstanbulda Bəşər Əsəd rejiminə casusluq edən Suriyalı diplomatı saxlayaraq ölkədən qovub. Bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb.

Məlumatda deyilir ki, Ehab Al Atraş adlı diplomat Türkiyə xəfiyyəsi və Türkiyəyə sığınan suriyalı müxaliflərə qarşı casusluq fəaliyyəti ilə məşğul olurmuş. Türkiyə xüsusi xidmət orqanları Atraşdan diplomatik fəaliyyətinin ilk vaxtlarından şübhələnib və onu nəzarətə götürüb. Atraş Türkiyəni iyunun 25-də tərk edib.

Türkiyə xüsusi xidmət orqanlarına bəlli olub ki, Atraş suriyalı müxaliflərin yerlərini, Əsəd rejimi ilə bağlı sızdırılan məlumatların mənbələrini müəyyən etməyə çalışırmış.

Fiziki izlənməyə alınan Əsədin casus-diplomatı üstəlik hərəkətlərində ehtiyatsızlıq da edib. Xüsusi xidmət orqanları onun mütəmadi şəkildə Tarlabaşı deyilən yerdə yüngül əxlaqlı qadınlarla vaxt keçirdiyini də qeydə alıblar.

Xüsusi xidmət Atraşın əməlləri barədə raportu Daxili İşlər Nazirliyinə verib, nazirlik də öz növbəsində onu "persona non grat" elan edib və ölkədən qovub.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.