Türkiyədə 5 nəfər İŞİD üzvü həbs edilib, 12-si nəzarətə götürülüb

18-09-2023, 07:33           
Türkiyədə 5 nəfər İŞİD üzvü həbs edilib, 12-si nəzarətə götürülüb
Türkiyə Daxili işlər naziri Əli Yerlikaya Adanada İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda saxlanılan 17 şübhəlidən 5-nin həbs olunduğunu, 12-si haqqında isə məhkəmə nəzarəti qərarı verildiyini açıqlayıb.

Bu barizə Şöbəsi tərəfindən 23 ünvanda aparılan axtarışlar zamanı 17 İŞİD terror təşkilatının üzvü yaxalanıb; onlardan 5-i həbs edilib, 12-si barəsində isə məhkəmə nəzarəti qərarı çıxarılıb. Ünvanlarda aparılan axtarışlar zamanı çoxlu silah-sursat, eləcə də əl qumbarası ələ keçirilib.

Nazir bildirib ki, son terrorçu zərərsizləşdirilənə qədər mübarizə fasiləsiz davam edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.