Ərdoğan İlon Maskla görüşəcək

18-09-2023, 12:24           
Ərdoğan İlon Maskla görüşəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı sahibkar, "Tesla" və "SpaceX" şirkətlərinin qurucusu İlon Maskla görüşəcək.

APA xəbər verir ki, ABŞ bürosu xəbər verir ki, görüş Nyu-York şəhərində fəaliyyət göstərən "Türk Evi"ndə ABŞ vaxtı ilə saat 17:00-da baş tutacaq.

Ərdoğan İ.Maskla yanaşı, “Coca-Cola”, “Amazon” kimi ABŞ-nin bir çox nəhəg şirkətlərinin investorlari ilə də bir araya gələcək.

Qeyd edək ki, Türkiyə Prezidenti BMT Baş Assambleyasınln 78-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka işgüzar səfərə gedib. O, səfər çərçivəsində ABŞ Prezidenti Co Bayden, BMT baş katibi Antoniu Quttereş, eləcə də, bir sıra ölkə liderləri və hökumət nümayəndələri ilə görüşəcək. Prezidentin səfəri sentyabrın 20-də yekunlaşacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.