Türkiyədə güclü partlayış: ölən və yaralananlar var

29-09-2023, 00:05           
Türkiyədə güclü partlayış: ölən və yaralananlar var
Türkiyənin İstanbul şəhərinin Bahçelievlər səmtində yerləşən binada güclü partlayış səbəbindən 1 nəfər ölüb, 2-si ağır olmaqla 4 nəfər yaralanıb.

Globalinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, ilkin məlumata görə partlayış təbii qaz tıxacından qaynaqlanıb.

Partlayış nəticəsində ətrafdakı bəzi binaların şüşələri sınıb, küçədəki ağac avtomobilin üzərinə aşıb.

Hadisə yerinə polis, səhiyyə və yanğınsöndürmə briqadaları göndərilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru