Ərdoğanın xanımı 2 saatda 147 min xərclədi – VARŞAVADA – Fotolar

12-07-2016, 10:13           

“AzPolitika” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Polşanın paytaxtı Varşavanın ən məşhur antikvar bazarına gedən Əminə Ərdoğan burada iki saatdan çox vaxt keçirərək böyük məbləğdə alış-veriş edib. Əminə Ərdoğana gəzinti əsnasında onlarla mühafizəçinin yoldaşlıq etməsi isə olduqca diqqət çəkib. Bazarda Əminə Ərdoğan, aralarında 20-ci əsrdən qalma antikvar masa, kürsü kimi saysız əşya üçün sərvət ödəyib.

Polşa mətbuatında əks olunan xəbərlərə görə Əminə Ərdoğan bu bazarlıqda 200 min Polşa Zlotisi xərcləyib. 200 min Polşa Zlotisi təxminən 147 min Türk Lirəsi edir. Polşa mətbuatı, Əminə Ərdoğanın bu hərəkəti üçün ironik bir də şərh edib. Qəzetlər, “Prezidentinin həyat yoldaşı Əminə Ərdoğanın Polşa ziyarətinin yaxşı xatırlanacağına əminik” qeydini edib.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru