Murtuza Nurməhəmmədi Təbriz həbsxanasına köçürülüb

30-09-2023, 13:24           
Murtuza Nurməhəmmədi Təbriz həbsxanasına köçürülüb
Güneyli fəal Murtuza Nurməhəmmədi cümə axşamı günü Təbriz həbsxanasına köçürülüb.

Bölgədə fəaliyyət göstərən hüququ müdafiəçilərinin yaydığı məlumata görə, Nurməhəmmədi təqribən 20 gün Kəşfiyyat İdarəsinin təcridxanasında dindirildikdən sonra sentyabrın 28-də Təbriz Mərkəzi Həbsxanasına köçürülüb.

Təbriz Ümumi və İnqilab Məhkəməsinə müraciət edən Nurməhəmmədi ailəsi məhkəmə səlahiyyətliləri tərəfindən məlumatlandırlıb. İşin müstəntiqi Murtuza Nurməhəmmədinin müvəqqəti olaraq məhkəmənin son qərarına qədər sərbəst buraxılması üçün 500 milyon tümənlik mülki zəmanət təmin edilməli olduğunu deyib.

Yaxın günlərdə milli fəalın müvəqqəti olaraq sərbəst buraxılması gözlənilir.

Murtuza Nurməhəmmədi Nadarlıya qarşı irəli sürülən ittihamlar barədə hələ ki, məlumat yoxdur.

Nurməhəmmədi Şərqi Azərbaycan vilayətinin Sufiyan şəhərinin Qeydiyyat İdarəsi tərəfindən ona gələn zəngin ardından sentyabrın 9-da həmin idarəyə müraciət edib və orada hazır olduğu zaman təhlükəsizlik agentləri tərəfindən həbs edilib. güneyli fəalın həbs edilməsindən sonra təhlükəsizlik qüvvələri evindən reyd keçirib və bəzi əşyalarını müsadirə edib.

Bundan əvvəl Murtuza Nurməhəmmədi ailəsi övladına seçdiyi türkcə Hunay adı ilə şəxsiyyət vəsiqəsi almaq üçün Sufiyan şəhərinin Qeydiyyat İdarəsinə müraciət etsə də, idarənin səlahiyyətliləri həmin ad ilə şəxsiyyət vəsiqəsi verməkdən imtina etmişdi.
amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.