Rusiyadan etiraf: "Türkiyəsiz bacarmarıq"

12-07-2016, 22:48           
Rusiyadan etiraf: "Türkiyəsiz bacarmarıq"
Türkiyə ilə əməkdaşlıq etmədən, Yaxın Şərqdə sülhü bərqərar etmək olduqca çətindir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının keçmiş üzvü Yevgeni Tarlo deyib.

O bildirib ki, Rusiya-Türkiyə münasibətlərinin normallaşması Yaxın Şərqdəki proseslərə müsbət təsirini göstərəcək:

“Bölgədə sülhün təmin edilməsi üçün Türkiyə ilə əməkdaşlıq etmək mütləqdir. Bu, terrorizmlə mübarizədə də effektiv nəticə verə bilər. Hətta düşünürəm ki, miqrant probleminin həllində də irəliləyiş əldə etmək mümkün olacaq. Türkiyə regionun önəmli güc mərkəzlərindən biridir. Bu nəzərə alınmalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru