Fətullah Gülənin həbsinə start verildi

14-07-2016, 07:50           
Fətullah Gülənin həbsinə start verildi
“Paralel Quruluş”un ( Dövlət içində dövlət) lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiya üçün ABŞ-a göndəriləcək sənəd artıq hazırlanıb. Axar.az xəbər verir ki, Ankara Cümhuriyyət Prokurorluğu tərəfindən hazırlanan sənəd Ədliyyə Nazirliyinə təqdim edilib.
Məlumata görə, hazırlanan materiallarda Gülənin şəxsiyyəti, törətdiyi cinayətlərin tarixi və yerləri, qanuna zidd əməllərə görə nəzərdə tutulan cəza tədbirləri və həmçinin Pensilvaniya ştatındakı ünvanı göstərilib.
Qeyd edək ki, Gülən “dələduzluq”, “rəsmi sənədlərdə saxtakarlıq”, “böhtan”, “çirkli pulların yuyulması”, “gizli danışıqların dinlənilməsi”, “şəxsi həyata müdaxilə” maddələri ilə təqsirli bilinir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru