Türkiyədə silahlı insident baş verib, bir polis həlak olub

9-10-2023, 13:26           
Türkiyədə silahlı insident baş verib, bir polis həlak olub
İstanbulun Böyükçeşməcə rayonunda baş verən silahlı insident nəticəsində bir polis həlak olub.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, iki nəfərin havaya atəş açması məlumatı üzərinə polislər hərəkətə keçib.

Nəticədə hadisə yerinə cəlb olunan və mənzildə əməliyyat-axtarış tədbirləri aparmaq istəyən polis əməkdaşları ilə silahlı şəxslər arasında insident baş verib. Onlardan biri polislərə atəş açıb. Hadisə zamanı bir polis həlak olub.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru