Türkiyədə daha bir polis məntəqəsinə silahlı – Basqın olub

16-07-2016, 00:06           
Türkiyədə daha bir polis məntəqəsinə silahlı – Basqın olub
Əraziyə Tuncelidən helikopterlərlə kömək göndərilib

Türkiyənin Tunceli şəhərinin mərkəzindən təxminən 30 kilometr uzaqlıqda yerləşən Kılköyü polis məntəqəsinə bomba yüklü avtomobil tərəfindən hücum olub.
“Report” Haberturkə istinadən xəbər verir ki, polis məntəqəsinə yaxınlaşan avtomobil burada partladılıb. Böyük partlayışdan sonra neçə nəfərin yaralandığı barədə məlumat hələki verilməyib.
Əraziyə Tuncelidən helikopterlərlə kömək göndərilib.
Eyni zamanda Tuncelidə də hücumla bağlı təhlükəsizlik tədbirləri gücləndirilib. Tunceli- Ovacık İlçesi və Tunceli- Nazımiye İlçesi yolları avtomobillərin gediş-gəlişi üçün bağlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru