Türkiyə prezidentinə qarşı sui-qəsdin təfərrüatları açıqlanıb

16-07-2016, 07:54           

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Marmarisdə qaldığı oteli tərk edəndən sonra binaya hücum olub.

“Report” Doğan xəbər agentliyinə istinadən xəbər verir ki, hadisə Türkiyə prezidentinin binanı tərk etdiyindən təxminən 45 dəqiqə sonra baş verib.

Belə ki, 4 hərbi helikopter otelin üstünə enib, təxminən 40-a yaxın əsgər helikopterlərdən enib. Helikopterlər uzaqlaşdıqdan sonra həmin hərbçi şəxslər otelin divarlarını güllələyib. Prezidentin qaldığı əraziyə əl qumbaraları atılıb.

Əraziyə cəlb olunan polis qüvvələri ilə qiyamçılar arasında qarşıdurma yaranıb. Nəticədə 1 polis nəfəri yaralanaraq hospitala götürülüb, onun vəziyyətinin ağır olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru