104 qiyamçı öldürülüb, 90 şəhid var - RƏSMİ

16-07-2016, 14:40           

"41-i polis, 2-si əsgər, 47-si sivil olmaqla 90 şəhidimiz var. Yaralıların sayı isə 154 nəfərdir". Bu barədə Baş Qərargah rəisinin müavini, general Umit Dundar Ataturk hava limanında keçirdiyi mətbuat konfransında bildirib.

General həbslərlə bağlı da məlumat verib: "İndiyədək olaylarla bağlılığı müəyyənləşdirilən Ankara Jandarma Məktəbləri komandanı Sadık Koroglu və İstanbul 2-ci Zirehli Tuqay komandanı Ozkan Aydogdu başda olmaqla 1563 hərbçi həbs olunub. Çevrilişə cəhd edənlərdən 104-ü öldürülüb".
Qaynarinfo.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru