Türkiyədə dollar sıçrayış etdi -qiyamdan sonra

16-07-2016, 14:45           

Türkiyədəki hərbi qiyam cəhdinin ardınca ölkənin milli valyutası – Türk lirəsi dollar qarşısında dəyərini kəskin itirib.

teref.azTürkiyə mediasına istinadən xəbər verir ki, qiyam cəhdindən öncə 2.88 lirə civarında olan dollar, hadisələr zamanı sıçrayışla bahalaşaraq, 3.04 lirə səviyyəsinə qalxıb.

Bununla da türk lirəsi dollar qarşısında son iki ayın ən böyük ucuzlaşmasına məruz qalıb.

MarketWatch saytının məlumatlarına görə, hazırda dünya birjalarında dollar 3.01 lirə səviyyəsində dəyərləndirilir.

Lirə, həmçinin avro qarşısında da dəyərini itirib və 5 faizdən artıq ucuzlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru