Qiyam liderləri bu ölkəyə qaçdı - SON DƏQİQƏ

16-07-2016, 16:23           

Qiyam yatırılandan sonra hadisədə adıkeçən bəzi hərbiçilərin harada olduğu bilinmir.

Qaynarinfo.Az-ın Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, bu istiqamətdə bəzi məlumatlar ortaya çıxıb.

Yunanıstanın dövlət telekanalı olan ERT-in xəbərinə görə, içində 1 mülki, 7 hərbçinin olduğu Türkiyənin hərbi helikopteri bu ölkənin Dedeagac hava limanına eniş edib.

Yunanıstanın hərbi xəbərlər yayımlayan AlertOn portalı isə helikopterin yerli vaxtla saat 11:45-də öncə SOS siqnalı verdiyi və daha sonra havalimanına endiyini xəbər verib.

Bu şəxslərin Yunanıstandan siyasi sığınacaq istədikləri bildirilir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Helokopterlə Yunanıstana qaçan 8 xainin dərhal təslim edilməsini istədik" açıqlamasını verib.

Yunan tərəfinin türk dövləti ilə bu mövzuda əməkdaşlığa hazır olduğunu bəyan etdiyi bildirilir.

Helikopterin içindəki hərbiçilərin kimliyi açıqlanmır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru