Türkiyədə 36 il sonra növbəti dövlət çevrilişi cəhdi... - TARİX

17-07-2016, 19:05           

Türkiyə 2016-cı il iyulun15-də silahlı qüvvələrin hakimiyyətə növbəti müdaxiləsini yaşadı.

Silahlı Qüvvələrin ovaxtkı baş qərargah rəisi, ordu generalı Kənan Evrenin rəhbərliyi altında həyata keçirilən 1980-ci il 12 sentyabr çevrilişi kimi, 1960-cı il mayın 27-də və 1971-ci il martın 12-də də oxşar hadisələr yaşanmışdı.

Modern.az Türkiyə mediasına istinadən bildirir ki, 12 sentyabr çevrilişində sonrasında Kənan Evren və qüvvə komandirlərindən ibarət olan Milli Təhlükəsizlik Şurası 1983-cü il parlament seçkilərinə qədər Türkiyədə bütün həlledici qərarları verirdi.

1980-ci il inqilabı ilə Süleyman Dəmirəlin baş nazir olduğu hökumət vəzifədən alındı. Türkiyə Böyük Millət Məclisi ləğv edildi. Konstitusiya tətbiq etmədən qaldırıldı. Siyasi partiyalar qapadıldı, partiya liderləri nəzarət altında saxlanıldı, mühakimə olundu.
Türk siyasəti yenidən quruldu və təxminən doqquz il müddətində hərbi sistemdə yaşanıldı, 14 min insan vətəndaşlıqdan çıxarıldı. Açılan 210 min davada 230 min adam cəzalandı, 517 nəfərə edam cəzası verildi. 171 nəfərin işgəncədən öldüyü aşkar olundu. 937 film təhlükəli olduğu üçün qadağan olundu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.