Ərzurumda əsrarəngiz təbiət mənzərəsi: Dünyada cəmi iki ölkədə var - FOTO

15-11-2023, 13:07           
Ərzurumda əsrarəngiz təbiət mənzərəsi: Dünyada cəmi iki ölkədə var - FOTO
Türkiyənin Ərzurum vilayətinin təbii gözəllikləri sırasında yer alan Oltu rayonundakı Göy qurşağı təpələri təbiətsevərləri və turistləri heyran qoyur.

Bu əsrarəngiz təpələr dünyada nadir təbiət hadisələrindən hesab olunur və oxşarı sadəcə Çindədir.

Çinin Qansu bölgəsində “Zhangye Danksia Landform” adlı geoloji park var. 2010-cu ildə UNESСO tərəfindən dünya irsi siyahısına daxil edilən bu park çox sayda turist cəlb edir.

Milyonlarla ilin izlərini daşıyan bənzərsiz təpələr günün müxtəlif vaxtlarında günəşin düşmə bucağından asılı olaraq rənglərini dəyişir.





Mənbə: Haber Global












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.