Türkiyə İsveçin NATO-ya üzvlük məsələsini təxirə saldı

17-11-2023, 08:48           
Türkiyə İsveçin NATO-ya üzvlük məsələsini təxirə saldı
Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsi İsveçin NATO-ya üzv olmaq üçün müraciətinin müzakirəsini əlavə proseslərə ehtiyac olduğunu əsas gətirərək təxirə salıb.
Bakupost.az xəbər verir ki, bu barədə Reuters bildirib.
Komissiya sədri Fuat Oktay konkret vaxt vermədən məsələnin gələn həftə yenidən gündəmə gətiriləcəyini bildirib.
DW-in xəbərinə görə, Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyünün ratifikasiyasına səs verməzdən əvvəl komissiyanın təsdiqi zəruridir.
Müxalifətdə olan İyi Partiyanın nümayəndəsi Kürşad Zorlu bildirib ki, komissiya üzvləri Ankaranın tələblərinin necə yerinə yetirildiyi ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsindən qaneedici cavab ala bilməyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru