Liderləri Ərdoğan haqqında yalan yayır - Altun

17-11-2023, 11:06           
Liderləri Ərdoğan haqqında yalan yayır - Altun
Türkiyə Fələstini əsla tərk etməyəcək.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun İsrail rəsmilərinin Rəcəb Tayyib Ərdoğan haqqında sözlərinə cavabında deyib.

O bildirib ki, Türkiyə İsrailin sistematik müharibə kampaniyasına və dezinformasiyasına baxmayaraq, sülh üçün əlindən gələni edəcək:

“İsrail hökuməti fələstinlilərlə hücumla bağlı necə dezinformasiya yayırsa, ən başdakı liderləri də indi Türkiyə haqqında yalanlar yayır. Prezident Rəcəb Tayyib Ərdoğan heç bir zaman həqiqətləri söyləməkdən qorxmadı və qorxmamağa da davam edəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru