Ərdoğan yeni həbs dalğasının anonsunu verdi

22-07-2016, 10:17           
Ərdoğan yeni həbs dalğasının anonsunu verdi
«Gülənin ekstradisiyasından imtina etmək Vaşinqton üçün böyük səhv olar»

Türkiyədə 1000-dən çox məmur son hadisələrlə bağlı axtarışdadır

Son olaylara görə Türkiyədə 3 ay fövqəladə vəziyyət elan edilib. Bu barədə Türkiyə Nazirlər Kabinetinin toplantısından sonra açıqlama verən prezident Rəcəb Tayyib Ərdoğan bildirib. Ərdoğan qeyd edib ki, fövqəladə vəziyyət hüquq və azadlıqları məhdudlaşdırmaq üçün deyil, onları qorumaq üçün elan edilib.


Fövqəladə vəziyyət recimində valilərin səlahiyyətlərinin artacağını, təhlükəsizlik qüvvələrinin onların təlimatı ilə hərəkət edəcəyini deyən Türkiyə prezidenti əlavə edib ki, Silahlı Qüvvələr hökumətin əmrindədir və bu strukturun içərisindəki bütün viruslar təmizlənəcək.

Fövqələ vəziyyətdə hansı qadağalar olacaq?

Türkiyə Böyük Millət Məclisində keçiriləcək səsvermədən sonra ölkədə 3 aylıq fövqəladə vəziyyət elan edilməsi barədə qərar qüvvəyə minəcək. Və bununla da ölkədə idarəçilik ÿ”Fövqəladə vəziyyət haqqında” qanuna əsasən tənzimlənəcək.ÿHəmin qanuna əsasənÿölkə ərazisində fövqəladə hal elan edildiyi gündən küçəyə çıxmaq məhdudlaşdırıla və ya qadağan edilə, müəyyən yerlərdə və ya saatlarda insanların gəzməsinə, toplanmasına, avtomobillərə tamaşa etməsinə qadağa qoyula, adamların üzəriləri, avtomobilləri, əşyaları yoxlanıla və əgər cinayət əşyası dəlil qismində nəsə aşkarlanarsa müsadirə olunaÿbilər.

Fövqəladə vəziyyət elan edilən bölgələrin sakinləri və bu əraziyəÿ xaricdən gələn turistlərə üzərlərində ÿşəxsiyyəti təsdiq edən ÿsənəd gəzdirməkÿ məcburiləşdirilə ÿbilər.

Dövlətə və ya xüsusi şəxslərə aid təşkilatların, bankların daxili təhlükəsizliklərini təmin etmək üçün xüsusi mühafizə tədbirləri görülməsi və mühafizənin gücləndirilməsi tələb oluna bilər.

Qanuna əsasən, hətta sənədi olsa da istənilən növÿsilah, döyüş sursatı, xüsusi vasitələr, zəhərli və ya partlayıcı maddələrinÿdaşınması və ya ixracı qadağan oluna bilər. Digər tərəfdən, sözügedən maddələrin düzəldilməsi üçün lazım olan əşya, alət və vasitələr də müsadirə edilə bilər.

Konstitusiyanın “Əsas hüquq və azadlıqların istifadə edilməsinin dayandırılması” adlı 15-ci maddəsində Müharibə, səfərbərlik, hərbi vəziyyət və ya fövqəladə hallarda, beynəlxalq hüquqdan qaynaqlanan öhdəlikləri pozmamaq şərti ilə, vəziyyətin tələb etdiyi ölçüdə əsas hüquq və azadlıqların istifadə edilməsi qismən və ya tamamilə dayandırıla və ya bunlar üçün Konstitusiyada nəzərdə tutulan təminatlara zidd tədbirlər görülə bilər. Heç kəs din, vicdan, fikir və qənaətlərini açıqlamağa məcbur edilə və bunlara görə təqsirləndirilə bilməz, günahı məhkəmə qərarı ilə müəyyən olunana qədər heç kəs cinayətkar sayıla bilməz.

Türkiyə Konstitusiyasıya əsasən fövqəladə vəziyyət ölkənin bir və ya birdən çox bölgəsində 6 aydan çox olmayaraq elan edilə bilir(report).

Ərdoğan: “Əminəm ki, yaxın günlərdə…”

Ərdoğan hərbi çevriliş cəhdi ilə bağlı “Əl-Cəzirə”yə müsahibəsində də toxunub: “Fətullahçı terror təşkilatı dövlətin içində paralel bir quruluş formalaşdırır. Dövlət çevrilişi cəhdləri uğurlu alınmadı və əminəm ki, yaxın günlərdə və həftələrdə onlar bəzi fikir və planlarını da həyata keçirməyə çalışacaqlar. Amma biz dövlət və xalq olaraq əl-ələyik və bu cür insanlara, təşkilatlara qarşıyıq. Dövlət və xalq birliyi olduğu müddətdə tanklar belə uğurlu nəticə qazanmayacaq və necə ki, qazanmadı.

Dövlət çevrilişi cəhdinin bir qrup hərbçi tərəfindən həyata keçirildiyini deyən Türkiyə prezidenti azlığın çoxluğa qalib gəlməsinə heç vaxt imkan verməyəcəklərini bildirib və bununla bağlı lazımi tədbirlərin görüldüyünü vurğulayıb.

Ərdoğan Rusiya təyyarəsini vuran pilotların da həbs edildiyini deyib.

Rusiya təyyarəsini türk pilot özbaşına vurub?

AKP sədrinin müavini Yasin Aktay isə bildirib ki, Rusiya məxsus “Su-24” bombardmançı təyyarəsini vurmaq qərarını türkiyəli pilot özü verib: “Təyyarəni vurmaq qərarı havada verilib. Bu cür qərarı pilot, gücdən istifadə etmək qaydalarını rəhbər tutaraq, özü verir. Lakin o, hava məkanını qısa müddətlik pozan və onu tərk etmək niyyətində olan təyyarəni vurmaya da bilər”.

Bununla belə o, ölkənin hava məkanının pozulmasını və bu cür halların təkrarlanmasının yolverilməz olduğunu deyib: “Bizim gücdən istifadə qaydalarımızı şübhə altına qoymamaq üçün ölkə rəhbərliyi pilotun hərəkətlərini dəstəkləyib”.ÿ

Qeyd edək ki, bundan əvvəlÿ Türkiyədə Rusiyaya məxsus “Su-24” təyyarəsini vuran pilotların saxlanıldığı bildirilib. Onlarınÿ hərbi çevrilişə cəhdlə əlaqəli olduqları bildirilir.ÿ

“Həbslər davam edəcək”

Türkiyə prezidenti onu da qeyd edib ki, dövlət çevrilişinə cəhdin ardınca Türkiyədə başlanan həbslər çoxlu sayda insanın saxlanılmasına baxmayaraq, davam edəcək. Onun sözlərinə görə, Fətullah Gülənin ekstradisiyasından imtina etmək Vaşinqton üçün böyük səhv olar.ÿ

“Hazırda dövlət idarələrində çalışmış 1000-dən çox məmur son hadisələrlə bağlı axtarışdadır”.

Bunu “Reuters”ə açıqlamasında Türkiyə baş nazirinin müavini Mehmet Şimşək deyib. Şimşək AKP hakimiyyəti dövründə “gülənçi”lərin gücləndiyini etiraf edib: “Bizim dövrümüzdə “gülənçi” şəbəkənin sərbəst hərəkət etdiyi doğrudur. Lakin onlar AKP hakimiyyətindən əvvəl orduya daxil olublar. Biz onların ölkə üçün müsbət işlər gördüyünü düşünürdük. Prezident Ərdoğan təhlükəni gördüyü anda lazımi reaksiya verdi”.

Daha bir general saxlanıldı

Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində daha bir general saxlanılıb.ÿBu, Türkiyə Silahlı Qüvvələrinin Diyarbəkir şəhərindəki 7-ci korpusunun komandanı, general-polkovnik Ibrahim Yılmazdır.ÿ

I.Yılmaz müvəqqəti olaraq hərbi çevriliş cəhdinə görə saxlanılan Türkiyə Silahlı Qüvvələrinin Malatya şəhərindəki 2-ci ordusunun komandanı, ordu generalı Adem Hudutinin yerinə təyin edilmişdi.ÿ

“Bu çevrilişdə iştirak etmiş hər kəs…”

Türkiyə Baş Qərargah Kəşfiyyat Idarəsinin keçmiş rəisi, istefada olan general-polkovnik Ismayıl Haqqı Pekin hərbi çevriliş cəhdinin əsas hədəfinin Türkiyə Silahlı Qüvvələri, Türkiyə prezidenti, hökuməti və Türkiyə Cümhuriyyəti olduğunu deyib(APA): “Balyoz” və “Ergenekon” kimi saxta istintaq və məhkəmə proseslərində xeyli zəiflədilən Türkiyə ordusu son illərdə yenidən özünü toplayaraq terrora qarşı içəridə və kənarda apardığı təsirli mübarizə ilə xalqın gözündə etibarını artırıb, ölkənin mənafeyinə uyğun çalışmağaÿ başlayıb. Türkiyənin xarici siyasətində dəyişikliklər edildi. Buna zərbə endirməyi düşündülər. Hökuməti devirməyi hədəfləyən çevriliş təşəbbüsü bir daha Türkiyə Silahlı Qüvvələrini hədəfə aldı və orduda növbəti çıxdaş edilmə prosesinə başlandı. Hərbi forma geymiş adamlar xalqa qarşı çox rəhmsiz hərəkət etdilər, xalqa atəş açdılar, Məclisi bombaladılar, xalqın müqəddəs məkanlarını güllə-baran etdilər. Xalqı Türkiyə Silahlı Qüvvələriylə qarşı-qarşıya gətirməyə çalışdılar. Məqsədlərindən biri də xalqın gözündə ordunun etibarını azaltmaq idi. Bu çevrilişdə iştirak etmiş hər kəs həbs ediləcək – cinayət törədənlər, əlbəttə ki, tutulmalıdır. Türkiyə Silahlı Qüvvələri bundan sonra Türkiyəyə daha çox lazımdır. Çünki Cənubi-Şərq bölgələrimizdə və böyük şəhərlərimizdəÿ terror hadisələri davam edir, Suriyanın şimalında PYD terror təşkilatının özünə struktur yaratma cəhdləri var, Aralıq dənizinə qədər ABŞ-Israil dəhlizi yaradılmaq istənilir. Şərqi Aralıq dənizində Türkiyənin mənafeyini qoruyan Türkiyə Silahlı Qüvvələri var, Şimali Kipr Türk Cümhuriyyətinə çox lazımdır, Egey adalarındakı problemlərdə orduya çox ehtiyacımız var, Avropa Birliyi ilə qaçqınlar məsələsinin bizim xeyrimizə həll edilməsində ordumuzun güclü olması lazımdır, Qara dənizdə problemlər mövcuddur. Bütün bunlara baxanda Türkiyə Silahlı Qüvvələrininÿ veriləcək vəzifələri yerinə yetirə bilməyəcək vəziyyətə salınmaq istənildiyini görməkdəyik. Çevrilişÿ cəhdinin əsas hədəfləri Tayyib Ərdoğan, Türkiyə Silahlı Qüvvələri və Türkiyə Cümhuriyyətidir. Mən həmişə “Fətullah Gülənlə mübarizəyə Tayyib Ərdoğandan başqa inanan yoxdur” demişəm. ÿFətullah Gülən təşkilatı Tayyib Ərdoğanın özünü və ailəsini hədəfə alanda onun özündən başqa ətrafındakıların heç biri təşkilatın bu qədər təhlükəli olduğunu düşünmürdü, təşkilatın dövlətin hər yerinə sızdığına inanmırdılar. Ona görə də təşkilata qarşı mübarizə ləngÿ gedirdi. Çevriliş cəhdindən sonra mübarizə çox güclənəcək. Burada ifrata varmamaq lazımdır: kimin Fətullah Gülən təşkilatına üzv olduğu ortaya çıxarılmalı və hər kəs haqq etdiyi cəzanı almalıdır?.

“Xunta” nə vaxt yarandı?

General ordu içində “xunta”nın nə vaxt yaradıldığına da aydınlıq gətirib: “Təbii ki, orduya bu barədə xəbərlər gəlmişdi. Ancaq bu plan kiçik bir qrup tərəfindən həyata keçirilməyə çalışılıb. Diqqət edirsinizsə, prezidentə və komandanlara çox yaxın olan insanlar-köməkçilər, yavərlər bu işin içində olublar. Onların hər cür xəbəri əldə edib xuntaya vermək imkanı olduğu kimi, xəbərlərin yayılmasını da əngəlləyə biliblər. Fətullahın təşkilatı hücrə tipində, kiçik qruplarla son dərəcə gizli çalışıb bayıra xəbər sızmayan bir strukturdur. Bu, bizim bildiyimiz normal bir dini icma deyildir, son dərəcə ciddi çalışmaları var. Onlar plan hazırlayanda bir-birlərinin xəbəri olmur, planın həyata keçirilməsi mərhələsinə gəlinəndə bir anda lazımiÿ adamlara bildirirlər.

Fətullahçı təşkilat bu çevrilişi həyata keçirmək üçün qurulanÿ və istifadə edilən alətdir. Işin arxasında başqa dövlətlərin də olması istisna deyil. Fətullahdan istifadə edən təşkilatlar üçün onun missiyası başa çatıbsa, geri qaytaracaqlar. Amma istifadə müddəti bitməyibsə, min dərədən su gətirib verməyəcəklər. Ondan növbəti dəfə istifadə etməyi düşünürlərsə, verməyəcəklər.

Türk lirəsi dəyər itirdi

Bu arada, “Standard & Poor’s” iyulun 15-də baş verən dövlət çevrilişi cəhdindən sonra Türkiyənin kredit reytinqini aşağı salıb. Qurum Türkiyə üzrə göstəricini “BB+” səviyyəsindən “BB”yə endirib. Bu qərardan sonra Türkiyə lirəsi dollar qarşısında dəyərini sürətlə itirib. Hazırda lirənin məzənnəsi ən aşağı səviyyədə qərarlaşıb. Belə ki, Türkiyə valyutasının dollar qarşısında məzənnəsi 3.09-dək aşağı düşüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.