“Onların istefasını tələb edirlər...” - Binəli Yıldırım

22-07-2016, 13:17           
“Onların istefasını tələb edirlər...” - Binəli Yıldırım
15 iyul hərbi çevrilişə cəhd zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bərabər, Baş nazir Binəli Yıldırım da MİT rəhbəri Hakan Fidanla əlaqə saxlaya bilməyib.

Axar.az Hürriyət-ə istinadən xəbər verir ki, baş nazir həmin gecəni belə xatırladıb:

“Saat 21.00-a qədər Dolmabaxça sarayında görüşlərim vardı. Körpünü keçərkən hərəkətlilik hiss etdim. Prezidentə zəng etdim. Çevrilişə cəhd olması ilə bağlı məlumat aldığını dedi və evə getməməyimi istədi.

Nazirlər kəşfiyyat səhvi olduğunu deyir. Bir qism isə “çevriliş barədə məlumat var idisə, niyə qarşısı alınmadı, prezident, baş nazir və kabinet üzvlərinə niyə xəbər verilmədiyi” sualı üzərində dayanır, məsul şəxslərin vəzifədən çıxarılmasını tələb edir.

Daxili İşlər naziri Əfqan Ala “Saat 21.20-də Ərzurumda təyyarəyə mindim, xəbərim yox idi. Saat 23.00-da Ankaraya çatanda xəbərim oldu. Elə hava limanındaca tədbir görməyə başladım”, - deyir.

Milli Təhlükəsizlik Şurasında Baş Qərargah rəisi Hulusi Akar çıxış edir, hərbi çevrilişin baş verdiyi gecə olanları danışır. Akarın sözlərini deyəcəyəm, çox diqqət çəkən bir cümlə işlətdi: “Birliklərə çatdırılması üçün verdiyim təlimatları faksla göndərmək əvəzinə cırmışdılar…”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.