Ərdoğanın Mühafizə Alayında əməliyyat: 283 hərbçisi saxlanıldı

22-07-2016, 23:02           

Türkiyə Prezident Administrasiyasının Mühafizə Alayında əməliyyat keçirilib.

Əməliyyat nəticəsində 300 hərbçidən 283-ü saxlanılıb. Onların arasında Türkiyə dövlət televiziyasında (TRT 1) aparıcıya bildirişi oxutduran hərbçilər də var. Əməliyyatın Ankara Prokurorluğunun təlimatı ilə Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində həyata keçirildiyi bildirilir. Saxlanılan şəxslər Ankara Şəhər Polis İdarəsində sorğu-sual edildikdən sonra məhkəməyə çıxarılacaq.

Qeyd edək ki, iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhd olub. Nəticədə 246 nəfər həlak olub, 2 185 nəfər yaralanıb. Dövlət çevrilişi cəhdinə görə 10 607 nəfər saxlanılıb, 4 496 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.