Türkiyənin qiyamçı gəmisi Ukraynadan uzaqlaşdırıldı

24-07-2016, 08:12           
Türkiyənin qiyamçı gəmisi Ukraynadan uzaqlaşdırıldı
Türkiyənin “Yavuz” hərbi gəmisi “Si Briz – 2016” təlimindən uzaqlaşdırılıb.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukrayna Hərbi Dəniz Qüvvələrinin Mətbuat katibi Oleq Çubuk söyləyib.

Çubuk bildirib ki, “Yavuz” gəmisinin yerinə təlimdə “Yıldırım” gəmisi iştirak edəcək. Gəminin Türkiyəyə geri çağrılmasına səbəb onun 15 iyul çevrilişində iştirak etməsidir.

Qeyd edək ki, “Si Briz – 2016” təlimləri Ukraynada keçirilir. Təlimdə ABŞ, Ukrayna, Türkiyə və Rumıniya hərbçiləri iştirak edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru