İranda Azərbaycanlı fəalı bu çıxışına görə həbs etdilər- VİDEO

29-07-2016, 13:47           
İranda Azərbaycanlı fəalı bu çıxışına görə həbs etdilər- VİDEO
Dünən Güney Azərbaycanda keçirilən aksiyalarda övladı ilə birlikdə həbs edilən Əbufəzl İmaninin görüntüləri yayılıb.

Axar.az Günaz TV-yə istinadən xəbər verir ki, görüntülərdə İmaninin Zəncan əhalisi qarşısında çıxışı əks olunub. Məhz bu çıxışından sonra o həbs edilərək naməlum istiqamətdə aparılıb.

Xatırladaq ki, iyulun 20-də “Tərh-i No” qəzeti Firdovsinin “Şahnamə” əsərindən bir hekayə nəşr edərək türkləri bədbəxt, irqi pis və s. kimi adlarla təqdim edib. Qəzetdə həmçinin “Ey tanınmaz və bədbəxt türk, iranlı pəhləvanların qüdrətindən xəbərin varmı?! Biz turanlıları kişi kimi tanımırıq, onlar hamısı qadındırlar. Ey irqi pis olan türk, sən kişilərlə savaşmaq üçün yaranmayıbsan, get, qadınlar kimi əlinə pambıq və mil götür”, - sözləri də yer alıb. Bundan sonra iyulun 26-da bütün Güney Azərbaycanda türklərin təhqir edilməsinə qarşı mitinqlər başlayıb.
[media=https://www.youtube.com/watch?v=NldCxIhlg2M]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.