Türkiyəli yazardan ilginc iddia:“Məqsəd “paralel din” yaratmaq idi”

30-07-2016, 09:12           
Türkiyəli yazardan ilginc iddia:“Məqsəd “paralel din” yaratmaq idi”
Türkiyədə baş verən 15 iyul çevrilişinin hədəfləri barədə müxtəlif versiyalar irəli sürülür. Yüzlərlə insanın ölümü, minlərlə vətəndaşın yaralanması, həbs olunması və onminlərlə məmurun işdən atılması ilə yadda qalan hadisələri FETÖ-nün hakimiyyəti ələ keçirmək, alternativ dövlət qurmaq cəhdi kimi qiymətləndirənlər də var, ona NATO-Rusiya ziddiyyəti kimi baxanlar da. Ən maraqlı iddia isə Yeni Şafak qəzetinin yazarı Yusuf Kaplana aiddir.

Strateq.az xəbər verir ki, Yusuf Kaplanın fikrincə, hədəf təkcə alternativ dövlət qurmaq yox, həm də Türkiyəni və İslam dünyasını içəridən parçalayacaq “paralel din” yaratmaq və onu möhkəmləndirmək imiş.

Yazar “Əsl təhlükə, "paralel din" lər təhlükəsi!” sərlövhəli yazısında qlobal sistemin iki əsrdir İslam ilə döyüşdüyü fikrini irəli sürərək, əsas hədəfin əhli-sünnəni çökdürmək olduğunu bildirib. Onun fikrincə, qlobal sekulyar-kapitalist sistem varlığını və hegemoniyasını davam etdirə bilmək üçün İslamın yenidən tarix səhnəsinə çıxmasının qarşısı almağa, yeni “paralel dinlər” yaradaraq, ənənəvi dini əqidəni xədim etməyə çalışır:

"Qlobal sistem-dolayısıyla qlobal kapitalizm qurmaq istəyən və bu məqsədlə İslam dünyasının bütün təməl problemlərini və sərhədlərini cızan ingilislər yaxşı bilirlər ki, əgər əhli-sünnə çökdürülərsə, İslam dünyası asanlıqla parçalanar, nəticədə, onun yenidən tarix səhnəsinə çıxmasına maneə törədilmiş olar”.

Bu baxlmdan, müəllifin iddiasına görə, əsl problem də "paralel dövlət" yox, "paralel din" təhlükəsidir və “paralel dövlət” əslində “paralel din”in nəticəsi kimi ortaya çıxır.

Yusuf Kaplan son zamanlar Türkiyə ilə Misir arasında yaşayan gərginliyə də bu aspektdən nəzər salır. Onun fikrincə, Misir ingilis təsirindədir və bu təsirdən xilas olmayacağı təqdirdə, FETÖ orada lövbər salacaq: "Misir üzərindən bütün Ərəb dünyasında protestanlaşdırılmış, ruhu oğurlanmış, qlobal sistemə boyun əyən sekulyar bir İslam" icad ediləcək. Bu paralel din yenə ingilislərin icad etdiyi sələfiliyin alternativi kimi bütün İslam dünyasına təqdim olunacaq: Nəticədə, “hormonlu müsəlmanlar” zümrəsi ortaya çıxarılacaq.”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.