Ərdoğanın müxalifətçilərə jestinin pərdəarxası - Məqamları

31-07-2016, 09:10           

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müxalifət liderlərinə qarşı qaldırdığı məhkəmə iddialarını geri çəkməsinin təfərrüatları üzə çıxıb.

Axar.az xəbər verir ki, 25 iyulda müxalifət liderlərini qəbul edən Ərdoğanın həmin gün axşam iddiasını geri götürdüyü barədə məlumatlar yayılmışdı.

Daha sonra isə Ərdoğan 15 iyul şəhidlərinin anım tədbirində “Mənə qarşı edilən hörmətsizliyi və təhqiri bir dəfə bağışlayıram”, - deyə bildirib.

Ərdoğanın bu jestinin pərdəarxası

"Hürriyət" yazarı Murad Yetkinin məlumatına görə, Ərdoğanın təhqir edilməsinə görə məhkəməyə verilən CHP-çi Sezgin Tanrıqulu 20 iyulda Ədliyyə naziri Bəkir Bozdağla görüşdə "15 iyul gecəsindən etibarən respublikaya və demokratiyaya birlikdə sahib çıxdıq. Heç olmasa, bu münasibətlə ən azından millət vəkillərinə açılan bu ittihamların geri çəkilməsi yaxşı olmazdımı?" - deyib.

Bəkir Bozdağ isə cavabında "Yaxşı olar. Bunu gündəmə gətirərik", - bildirib.

Ərdoğan da bu təklifi qəbul edib və millət vəkillərinə deyil, özünə də edilən təhqirlərə görə iddiasını geri götürüb.

Nə qədər məhkəmə davası var?

Prezident Ərdoğanın adından irəli sürülən məhkəmə işlərinin sayı 1850 civarındadır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.