Azərbaycanlı ruhani İrandakı etirazları müdafiə etdi

31-07-2016, 11:09           
Azərbaycanlı ruhani İrandakı etirazları müdafiə etdi
Azərbaycanlı ruhani Höccətul-İslam Əzimi Qədim kütləvi informasiya vasitələrində (KİV) Bildiri yayaraq irqçiliyə qarşı mübarizəsinə görə Azərbaycan türk millətinə təşəkkür edib.
Turkustan.info xəbər verir ki, fəal yaydığı Bildiridə 2004-cü ildə Ermənistandan Ərdəbil vilayətinə səfər edən siyasi-iqtisadi heyətə etiraz olaraq Sərçeşmə məscidində toplaşdıqlarını xatırladıb. “O zamankı etiraz yığıncağına sadəcə 12 nəfər toplaşmışdır. Biz isə etirazçıların sayının minlər nəfər olmasını arzulayırdıq. Yığıncağı dağıdan ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşlarından biri mənə dedi ki, biz sizə gəncləri öz tərəfinizə çəkməyə icazə verməyəcəyik. Lakin indi biz arzumuza çatmışıq. Bu gün hər şəhərdə yüzlərcə, hətta minlərcə gənc bizlərə qoşulub və Azərbaycan uğrunda mübarizə aparır.”- deyə Bildirinin bir hissəsində qeyd olunub.
Əzimi Qədim sözlərinin sonunda Azərbaycan türk millətinə öz təşəkkürünü də bildirib. “Mən polis dəyənəyi, yumruq və təpiklər qarşısında etiraz bildirən bütün dostlara öz səmimi təşəkkürümü bildirirəm. Siz bu milləti bir daha başıuca etdiniz. Xahiş eliyirəm siz də bizim kimi ümidvar olun və böyük arzular haqda düşünün. Biz mütləq qalib gələcəyik”- deyə Əzimi-Qədim öz təşəkkür mesajında qeyd edib.
Azərbaycanlı ruhani “Tərh-i No” qəzetinin təhqiramiz məqaləsinə qarşı iyulun 28-də keçirilən etiraz aksiyalarından sonra təşəkkür mesajı yayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.