Ərdoğanın yavəri ordudan xaric edilib

31-07-2016, 11:35           

FETO terror təşkilatına üzv olmaqda şübhəli sayılan daha 1389 hərbçi Türkiyə ordusundan uzaqlaşdırılıb.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bununla bağlı qərar bu gün “Resmi qazete”də dərc edilib.

Ordudan uzaqlaşdırılanların mütləq əksəriyyəti – 1196 nəfəri Jandarma Qüvvələrinin mənsublarıdır. Konya, Kastamonu bölgə komandanları da daxil olmaqla, 18 jandarma generalı ordudan uzaqlaşdırılıb. Ordudan xaric edilənlər arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yavəri (hərbi müşaviri) Ali Yazıçı və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı rəisi Hulusi Akarın yavəri Levent Türkkan da var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru