Ərdoğan: xalqımız bizi əfv etsin

3-08-2016, 20:18           
Ərdoğan: xalqımız bizi əfv etsin
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün keçirilən konfransda Fətullah Gülən və onun lideri olduğu təşkilatla bağlı maraqlı açıqlamalar verib. R.T.Ərdoğan “camaat”ın əsl üzünü vaxtında xalqa göstərə bilmədiyinə görə üzrxahlıq edib: Açıq danışsaq görərik ki,, rəhmətlik Turqut Özal da, Bülent Ecevit də, hətta biz də onlara kömək etmişik. Şəxsən mənim də qoşulmadığım tərəfləri olsa da, onlara kömək etmişəm. Hər şeyə rəğmən bu xain təşkilatın əsl üzünü daha əvvəldən ortaya çıxara bilmədiyim üçün təəssüflənirəm. Buna görə, həm Allaha, həm də millətə hesab verməli olduğumuzu da bilirəm. Millət bizi əfv etsin”.

Türkiyə prezidenti daha sonra əlavə edib ki, “Ölkə daxilində və xaricdə təhsilə yardım fəaliyyətləri çərçivəsində “Allah-Allah” dedikləri üçün anlayış göstərdik. Düşündük ki, ortaq tərəflərimiz var. Eyni mənzilə gedən iki ayrı yolun olduğunu düşündüyümüz bu hərəkatın tamamilə başqa və gizli həyata keçirilən planının olduğunu görə bilmədik”. R.T.Ərdoğan Türkiyədə son 3 ildə çox vacib proseslərin getdiyini və 15 iyul hadisələri ilə bu prosesin kulminasiya nöqtəsinə çatdığını deyib. Bir zaman biz daxili toplantılarda müzakirə edirdik ki, bu adamlar zaman gəldiyində silahlarını xalqa çevirəcəklər. o zaman biz bunu açıq deyə bilmirdik. Amma bu gün toplantılarda müzakirə etdiyimiz şəxslər siz haqlı idiniz deməyə başlayıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.