«Türkiyənin Aİ-a üzvlüyü barədə danışıqları dayandırmaq lazımdır» - Avstriyanın kansleri

4-08-2016, 21:46           
«Türkiyənin Aİ-a üzvlüyü barədə danışıqları dayandırmaq lazımdır» - Avstriyanın kansleri
AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Avstriyanın kansleri Kristian Kern hesab edir ki, Türkiyənin Avropa İttifaqına (Aİ) qəbulu barədə danışıqları dayandırmaq lazımdır. O, bu məsələni sentyabr ayında alyansın sammitində qabartmağı planlaşdırır.

Kernin sözlərinə görə, Türkiyə hələ tezliklə Avropa İttifaqına üzv ola bilməyəcək. Bu prosesdə ciddi axsamalar qismində kansler, nəinki Türkiyədə baş verən son siyasi olayları sadalayır, həm də bu ölkədəki «iqtisadi cəhətdən qeyri-bərabərliyi» önə çəkir.

Əslində isə Avstriya kanslerinin mövqeyni belə izah etmək olar: «Bir işi görmək istəməsən, min cür bəhanə axtarıb taparsan…».












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru