Putinlə görüşdən sonra... - Ərdoğan

5-08-2016, 07:29           

9 avqustda Rusiya lideri Vladimir Putinlə görüşəcəyik və bir çox məsələnin axarına düşəcəyinə inanıram.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT telekanalında canlı yayımda çıxışı zamanı deyib.

“Təəssüf ki, aramızda xoşagəlməz Su-24 olayı yaşandı. Əsrlər boyu tarixi bağları olan ölkələr arasında əlaqələrin tam kəsilməsi mümkünsüzdür. Diqqət edin. Beynəxalq proseslərdə ABŞ və Rusiya arasında fikir ayrılıqları mövcuddur. Lakin bu iki dövlət heç zaman əlaqələri tam olaraq dayandırmaz. Bəs nə üçün bir coğrafiyada yerləşən Türkiyə və Rusiya kimi nüfuzlu ölkələr əməkdaşlıqdan yayınsın? Düşünürəm ki, görüşdən sonra bir çox suallara aydınlıq gətiriləcək”, - Ərdoğan bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru