Türkiyədə hərbçilər orduya qaytarılır

5-08-2016, 14:55           
Türkiyədə hərbçilər orduya qaytarılır
FETÖ-nun müxtəlif vaxtlarda ordudan planlı şəkildə uzaqlaşdırdığı hərbçilər Türkiyə Silahlı Qüvvələrinə qaytarılacaq.

Axar.az xəbər verir ki, proses zamanı arxivdəki bütün sənədlər açılacaq. Haqsız şəkildə ordudan uzaqlaşdırılan hərbçilərin geri qaytarılması və ordudakı gizli FETÖ-çuların təsbit edilməsi məsələsi yenidən gözdən keçiriləcək.

Məlumata görə, “Vətənin əsl əsgərlərinin geri qaytarılması” adı altında aparılacaq prosesdə əvvəlcə pilotlar orduya gətiriləcək.

Qeyd edək ki, FETÖ-çu zabitlər tərəfindən ordudan uzaqlaşdırılan hərbçilər öz açıqlamalarında həmin zabitlərin onlara işgəncə verdiyini və müxtəlif bəhanələrlə ordudan xaric etdiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru