AKP-nin sabiq deputatı saxlanılıb

5-08-2016, 15:01           
AKP-nin sabiq deputatı saxlanılıb
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sabiq deputatı, professor Aydın Bıyıklıoğlu saxlanılıb.
"Report" "Habertürk"ə istinadən xəbər verir ki, o, Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində Qara Dəniz Texniku Universitetində keçirilən əməliyyat çərçivəsində Ankara şəhərində həbsə alınıb.
A.Bıyıklıoğlu bu gün səhər saatlarında Trabzon şəhərinə gətirilib və hazırda Trabzon Şəhər Polis İdarəsinin terrorizmlə mübarizə şöbəsində dindirilir.
Qeyd edək ki, A.Bıyıklıoğlu Türkiyə Böyük Millət Məclisinin (TBMM) 24-cü çağırışında AKP-nin Trabzon şəhərindən millət vəkili olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru