1 ton balıq yararsız hala düşdü 10-02-2024, 08:34 Türkiyədə yük maşınının qoşqusunda olan bir ton balıq yola səpələnib.Demokrat.az xəbər verir ki, hadisə ölkənin Aydın vilayətində baş verib.Belə ki, hərəkətdə olan yük maşınının qoşqusunun arxa qapısı açılıb. Bununla da təxminən bir ton balıq yola səpələnib. Yararsız hala düşən balıqlar Təmizlik İşləri Müdirliyinin işçi qrupları tərəfindən toplanıb. Balıqların yem istehsal edən şirkətlərə aparıldığı öyrənilib. Facebook-da paylaş