Narkomanlıqda ittiham etdiyi qızını küçənin ortasında öldürdü - FOTO

28-02-2024, 10:04           
Narkomanlıqda ittiham etdiyi qızını küçənin ortasında öldürdü - FOTO
Adanada atasının bıçaqladığı gənc qız müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
TEREF lent.az-a istinadən bildirir ki, hadisə Yüreğir rayonunun Anadolu məhəlləsində baş verib. İddiaya görə, 54 yaşlı Turhan Ö. narkotik maddə satdığını və istifadə etdiyini iddia etdiyi 19 yaşlı qızı Dilan Ö. ilə mübahisə etməyə başlayıb.
Küçənin ortasında başlayan mübahisə davaya çevrilib. Dava zamanı ata qızına qarın və döş nahiyəsinə çoxsaylı bıçaq zərbələri vurub. Gənc qız qan içində yerə yıxılarkən, ata hadisə yerindən qaçıb. Dilan Ö. ətrafdakı vətəndaşlar tərəfindən xüsusi xəstəxanaya aparılıb.
Xəstəxanada edilən ilk müdaxilənin ardından gənc qız Yüreğir Dövlət Xəstəxanasına köçürülüb. Xəstəxanada edilən müdaxilələrə baxmayaraq gənc qız dünyasını dəyişib.
Turhan Ö. tutularaq istintaqa təhvil verilib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.