Ərdoğan: Türkiyə Zelenskinin 10 bəndlik sülh planını dəstəkləyir

29-02-2024, 10:54           
Ərdoğan: Türkiyə Zelenskinin 10 bəndlik sülh planını dəstəkləyir
Türkiyə Ukraynada sülhün bərqərar olması üçün İstanbul danışıqlar masasını yenidən təsis etməyə hazırdır.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Ukrayna-Cənub-Şərqi Avropa Sammiti”nə ünvanladığı videomüraciətində deyib.

O qeyd edib ki, Türkiyə Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. Onun sözlərinə görə, müharibəni ədalətli şəkildə bitirmək üçün dialoq və diplomatiyaya yeni şans verilməlidir: “Bu məqsədə çatmaq üçün bütün diplomatik kanallardan ən yüksək səviyyədə istifadə etmək böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, heç olmasa sülhün ümumi parametrlərini müəyyən etmək üçün birgə səylərə başlamaq lazımdır. Bu baxımdan biz Ukrayna prezidenti Vladimir Zelenskinin 10 bəndlik sülh planını prinsipcə dəstəkləyirik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru