Türkiyənin Yunanıstandakı hərbi attaşeləri qaçıb

10-08-2016, 19:06           
Türkiyənin Yunanıstandakı hərbi attaşeləri qaçıb
Türkiyənin Yunanıstandakı hərbi attaşeləri ailələri ilə birlikdə qaçıb.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyənin Yunanıstandakı Silahlı Qüvvələr attaşesi, polkovnik İlhan Yaşıtlı və hərbi dəniz attaşesi, polkovnik Halis Tunçun ailələri ilə birlikdə harada olması barədə rəsmi Afinada hər hansı məlumat yoxdur.

Türkiyə Xarici İşlər Nazirliyi avqustun 7-də Yunanıstan Xarici İşlər Nazirliyinə müraciət edərək polkovnik İ. Yaşıtlı və polkovnik H. Tunçun akkreditasiyalarının ləğv edilməsini istəyib. Yunanıstan Xarici İşlər Nazirliyi də həmin gün onların akkreditasiyalarını ləğv edib.

Ancaq polkovniklərin nə vaxt Afinadan qaçdıqları bilinmir.

İ. Yaşıtlı və H. Tunç iyulun 29-da Afina yaxınlığındakı Salamina Hərbi Dəniz Bazasında keçirilən tədbirə dəvətli olsalar da, həmin tədbirə də qatılmayıblar. Attaşelər ailə üzvləri ilə birlikdə 8 nəfərdir.

Yunan mətbuatı polkovniklərin hərbi çevrilişə cəhd edənlərlə yaxın olmaları yönündə ittihamlardan qorxaraq qaçdıqlarını yazıb.

“Elefteros Tipos” qəzeti onların İtaliyaya qaçdıqlarının ehtimal edildiyini qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru