Ukrayna və Türkiyə daşımalarda vizasız səyahət müddətini uzadıb

1-03-2024, 09:30           
Ukrayna və Türkiyə daşımalarda vizasız səyahət müddətini uzadıb
Ukrayna və Türkiyə yük daşımalarında vizasız rejimin uzadılması barədə razılığa gəliblər. Vizasız səyahət boş yük maşınlarının daxil olmasına da aiddir.

APA-nın məlumatına görə, bu barədə RBC-Ukrayna Yenidənqurma Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Türkiyəyə tədarük edilən bütün ixracın təqribən 15%-i avtomobil yolu ilə həyata keçirilir. Türkiyə şirkətləri bizə yüklərin ümumi həcminin demək olar ki, 60%-ni avtomobil yolu ilə idxal edir", - deyə icmaların, ərazilərin və infrastrukturun inkişafı naziri Aleksandr Kubrakov bildirib.

Onun sözlərinə görə, bunun nəticəsində artıq yük və tranzit daşımaları həyata keçirmək üçün tərəflərdən icazə tələb olunmur. Vizasız səyahət boş yük maşınlarının daxil olmasına da aiddir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru