Qazaxıstan sakinləri bir gün “qocaldılar” - SƏBƏB

2-03-2024, 12:43           
Qazaxıstan sakinləri bir gün “qocaldılar” - SƏBƏB
Qazaxıstanda vahid UTC+5 saat qurşağına keçiddən sonra ölkə sakinləri bir gün “qocalıblar”. Belə ki, onların rəqəmsal sənədlərində doğum tarixi bir gün əvvəli göstərir.

Bu barədə Milli İnformasiya Texnologiyaları şirkətindən xəbər verilib.

Bildirilir ki, “eGov” dövlət xidmətləri portalında yaranan nasazlıq belə bir problemə səbəb olub.

“Hazırda ekspertlər bunu araşdırır”, - deyə məlumatda vurğulanır.
Qeyd edək ki, Qazaxıstan martın 1-dən UTC+5 vahid saat qurşağına keçib.

Mənbə: nur.kz












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru