Putin Ankaraya bu istəklə gəlir – Ərdoğanla onu barışdıracaq

2-03-2024, 15:18           
Putin Ankaraya bu istəklə gəlir –
Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Bəşər Əsəd arasında Moskvada keçiriləcək görüşə hazırlıq Rusiya lideri Vladimir Putinin Ankaraya mümkün səfərinin hədəfləri arasında ola bilər.

Teleqraf.com xəbər verir ki, bunu türkiyəli analitik Çətinər Çətin deyib.

Onun sözlərinə görə, Ankara Dəməşqlə münasibətlərində yeni səhifə açır. Analitik qeyd edib ki, pərdə arxasında qətiyyətli qərarlarla bağlı müzakirələr və hazırlıq gedir.

Çətin bildirib ki, Putin Ərdoğanla Əsəd arasında danışıqları Moskvada təşkil etmək və belə bu görüşün vaxtını müəyyən etmək üçün tezliklə Türkiyəyə gələcək.

Türkiyə lideri fevralın 26-da telefon danışığı zamanı rusiyalı həmkarının ona səfərini təxirə salmayacağını dediyini açıqlayıb. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov da səfərə hazırlığın davam etdiyini təsdiqləyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.