Türkiyəyə məxsus "F-16" təyyarələri havada yanacaq doldurma həyata keçirib - Video

4-03-2024, 09:44           
Türkiyəyə məxsus "F-16" təyyarələri havada yanacaq doldurma həyata keçirib - Video
Türkiyə Silahlı Qüvvələri (TSQ) NATO-nun Gücləndirilmiş Hava Polisi missiyası çərçivəsində Rumıniyada "F-16" təyyarələri "A-330 MRTT Phenix" tanker təyyarəsi ilə havada yanacaq doldurma missiyası həyata keçirib.
Bizimyol.info xəbər verir ki, bu barədə "AA" Milli Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Nazirlikdən verilən açıqlamada Türkiyə Silahlı Qüvvələrinə aid "F-16" təyyarələrinin Fransa Hərbi Hava Qüvvələrinə məxsus çoxməqsədli yanacaq və daşıma təyyarələri ilə ilk dəfə havada yanacaq doldurma missiyası həyata keçirdiyi bildirilib.

Bildirilib ki, Hərbi Hava Qüvvələri Komandanlığı NATO-nun hava məkanının səmərəli mühafizəsi istiqamətində müttəfiq ölkələrlə əməkdaşlığı genişləndirməkdə davam edir.
https://twitter.com/i/status/1763851225580069346
Continue watching on X












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru