“Gülən həm ABŞ-da, həm də Türkiyədə şəriət dövləti qurmaq istəyir“ –“Vaşinqton Tayms”dan gözlənilməz məqalə

13-08-2016, 08:14           

Amerikanın “Vaşinqton Tayms” qəzeti Fətullah Gülənlə bağlı gözlənilməz məqalə dərc edib.

Məqaləni ABŞ-ın məşhur Kolumbiya Universitetində təhlükəsizlik və kəşfiyyat dərsləri keçən Abraham Vaqner yazıb.

O, yazısında Fətullah Güləni radikal şəxs kimi təqdim edib və onun həm ABŞ, həm də Türkiyə üçün təhlükəli olduğunu diqqətə çatdırıb:

“Gülən həm ABŞ-da, həm də Türkiyədə şəriət dövləti qurmaq istəyir. O, çox sirli insandır. Deyirlər, onun 25 milyard dollar sərvəti var, ancaq heç kim bilmir ki, bu pullar haradan gəlib. FTB onunla və amerikalı uşaqlara dərs keçən türk müəllimlərlə bağlı ciddi araşdırma aparmalıdır. Gülən ilk baxışdan yaxşı insana bənzəyir, amma dərindən araşdırılanda onun bu iki ölkəni – ABŞ və Türkiyəni şəriət dövlətinə çevirmək istədiyi üzə çıxır”.

Axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru