Sirr pərdəsi qalxır: Türkeşi Gülən öldürüb?

13-08-2016, 12:16           
Sirr pərdəsi qalxır: Türkeşi Gülən öldürüb?

MHP-nin qurucusu və ilk sədri Alparslan Türkeşin mühafizəçisi Tahsin Pəhləvanoğlu onun ölümü ilə bağlı yeni bir iddia ortaya atıb.

1977-ci ildən Türkeşin ölümünə - 1997-ci ilə qədər onun yanında olan Pəhləvanoğlu bu faktları ilk dəfə danışdığını bildirib. O, Alparslan Türkeşin ölümündə Fətullah Gülənin əli olduğunu deyib:

“Onun ölümünü Fətullah Gülən təşkil edib. Bu günə qədər susdum, amma Muhsin Yazıçıoğlunun helikopterindən bir hissəni ayıran o əsgərin prezidentimizi öldürmək istəyən qiyamçıların arasında olduğunu görəndə hər şeyi danışmaq qərarına gəldim.

1997-ci ildə Almaniyaya getməzdən 3 gün əvvəl Türkeş müayinədən keçdi. Gənc həkim ona “Sağlamsan, 18 yaşlı gənc kimisən. Heç bir problemin yoxdur”, - dedi. Nədənsə, həmin həkim 1 aydan sonra öldü.

Biz aprelin 3-də Ankaraya qayıtdıq. Türkeş Amasiyaya yollandı. Qayıdandan sonra nişana getdilər. Nişandan çıxanda Alparslan Türkeş sürücüyə “Arxa şüşəni aç”, - deyib. Onu da deyim ki, heç vaxt maşının şüşəsini açmağa icazə vermirdi. Sürücü şüşəni aşağı endirib və elə həmin an arxadan xırıltı eşidilib. Nə qədər ürək masajı etsələr də, faydası olmayıb, başqanımız keçinib.

Nədənsə Türkeşin cəsədi ekspertizaya aparılmadı. Sadəcə, “infarkt keçirdi”, - deyib onun ölümünü ört-basdır etdilər. Hər şeyin üzə çıxması üçün Türkeşin məzarı açılmalıdır”.

Qeyd edək ki, keçmiş MHP lideri Alparslan Türkeş 1917-ci il noyabrın 25-də anadan olub, 1997-ci ildə vəfat edib.(Axar.az)













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.