Türkiyənin Suriya sərhədində yerləşən Hatayın Reyhanlı rayonunda şiddətli bir partlayış baş verib.
Axar.az xəbər verir ki, partlayış nəticəsində 15 nəfər ölüb, 20 nəfər yaralanıb.
Yerli mənbələrdən verilən məlumata görə, partlayış Atme qəsəbəsindəki düşərgəni qoruyan silahlı muxalif qrupu daşıyan avtobusda baş verib. Partlayışın səbəbi ilə bağlı heç bir məlumat verilməyib.